Aronia giləmeyvəsinin faydaları

By: Admin Date: 08.05.2024

Aronia tərkibindəki yüksək antioksidant dəyəri və tanin miqdarı sayəsində orqan və toxumaları sərbəst radikallardan azad edir və onkoloji şişlərin əmələ gəlmə riskini azaldır. Aronia bitkisinin bütün hissələri—(meyvəsi, yarpaq və çiçəkləri, hətta Aronia kolunun qabığı) insan orqanizmi üçün faydalıdır . Bu hissələrin hər birinin ayrılıqda müalicəvi xüsusiyyətləri var. Aronia bitkisinin meyvələrindən, Ateroskleroz, revmatizm, hipoasid qastrit, öd durğunluğu, qalxanabənzər vəzin xəstəliklərində ( Yod catışmamazlığı ilə ), sinir sisteminin xəstəliklərində ,onkoloji xəstəliklərdə geniş istifadə edilir. Aronia meyvələrinin məlhəmindən isə sidik yollarının infeksiyalarında bakteriya və göbələk əleyhinə istifadə edilir. Aronia meyvələri hər formada ( yeni dərilmiş , dondurulmuş, qurudulmuş ) vitamin və mineral balansını itirmədiyi üçün dəyərlidir. Dərman kimi, müalicəvi aronianın həm meyvələri , həm də yarpaqlarından istifadə edilir. Yarpaqlarından dəmləmə hazırlanaraq qəbul olunur. 100 qram aronia meyvəsində :

Vitaminlər : C -15 mg , A- 200 mkg , B1- 0,01 mg, B2- 0,02 mg, B6 – 0,06 mg, B9-1,7 mg, E- 1,5 mg, PP- 0,6 mg, Beta- karotin 1,2 mg . 100 qram aroniada :

Kalori dəyəri : 56 Kkal

Karbohidratlar -11,9 qr, Zülal- 1,5 qr, yağlar—0,2 qr, qida lifləri- 4 qr su - 80 qr

Tərkibində olan mikroelementlər : ( B, K, Ca, Mg, Mn, Y, Fe, F,Cu ). Bor , Kalium, Kalsium, Magnezium, Marganec, Yod, Dəmir, Ftor, Mis. Antioksidantlar, antosianlar, flavonoidlər, qlükoza, fruktoza,sorbit, pektinlər,taninlərlə bol olan aronia metabolizmi gücləndirir, orqanizmdən patogen mikrofloranı xaric edir .

Web hosting by Somee.com